Avropa Liqası: Bu gün "pley-off"a daha 3 vəsiqənin sahibi məlum olacaq

14-08-2019, 08:14           
Avropa Liqası: Bu gün "pley-off"a daha 3 vəsiqənin sahibi məlum olacaq
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 3 cavab görüşü keçiriləcək.

"Report"un məlumatına görə, eyni saatda start götürəcək oyunlardan 2-si formal xarakter daşıya bilər. Gürcüstan "Saburtalo"su ilk görüşdə "Ararat"ı Ermənistanda 2:1, Portuqaliya "Vitoriya"sı isə Latviyada "Ventspils"i 3:0 hesabı ilə yendiyi üçün ciddi üstünlüyə malikdir. Elə Polşada "Legiya" ilə qolsuz heç-heçə etmiş Yunanıstan "Atromitos"unun mərhələ adlaması da daha real görünür.

14 avqust

Avropa Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan)

İlk oyun - 2:1

20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya)

İlk oyun - 3:0

20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa)

İlk oyun - 0:0.

Qeyd edək ki, Avropa Liqasında "pley-off"a yüksələn ilk 3 komanda bu gecə müəyyənləşib. Qalan 30 oyun avqustun 15-də keçiriləcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.