“Sumqayıt”la Aleksey İsyev arasında nə baş verib? – Açıqlama

14-08-2019, 19:00           
“Sumqayıt”la Aleksey İsyev arasında nə baş verib? – Açıqlama
Yayılan xəbərlərə görə, “Sumqayıt” futbolçusu Aleksey İsayev ilə problem yaşayıb. Beləki, futbolçu mövsümlərarası fasilədə Pireney yarımadasına yollanmaq fikrindən daşınıb. Milli üzvü karyerasını Rusiyada davam etdirmək qərarına gəlib. Onunla “Yenisey” klubunun maraqlandığı, lakin 1 il “Sumqayıt”la müqaviləsi olduğu üçün ona təzminat verməyi düşünmədiyi də bildirilib.
Lakin əsas problem klub prezidenti ilə görüşdə yaşanıb.

Aleksey klub prezidentindən transfer vərəqini istəyib və onu da bildirib ki, tələb olunan təzminatı bir neçə ay ərzində "kimyaçılar”ın büdcəsinə ödəyəcək. Lakin klub prezidenti və həmçinin menecer olan Riad Rəfiyev futbolçunun xahişini geri çevirib və ona konkret olaraq "pul ödənilsin, hara istəyirsən, get” cavabını verib.

Məsələ ilə bağlı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Yeni Sabah”a açıqlama verib. O, yayılan xəbərləri təkzib edib:

“Elə bir şey yoxdur. Aleksey İsayevin “Sumqayıt”la daha 1 il müqaviləsi var. Alekseyin Avropadan, Rusiyadan təklifləri var. Onu satmağa hazırlaşırıq. Ən sərfəli qiymət hansında olacaqsa, həmin kluba da satacağıq. Amma bu baş tutmazsa, komandaya qayıdacaq. Klubla arasında hər hansı bir problem də yoxdur. “Yenisey” heç onunla maraqlanmayıb. Necə ona təzminat ödəyə bilər?!”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.