Azərbaycan etiraz etdi, erməni şahmatçı yarışmadan qovuldu

24-08-2019, 12:10           
Azərbaycan etiraz etdi, erməni şahmatçı yarışmadan qovuldu
Türkiyənin Sivas şəhərində Beynəlxalq Şahmat Federasiyasının himayəsi altında keçiriləcək beynəlxalq şahmat turnirinin təşkilatçıları Azərbaycan nümayəndə heyətinin etirazına görə erməni şahmatçı Mariya Gevorqyana göndərdikləri dəvəti ləğv ediblər.
Gevorqyan öz "Facebook" profilində qərara etirazını bildirib, buna görə təşkilatçılar onu məhkəməylə hədələyiblər. Hadisə haqqında BBC-yə şahmatçı qız özü məlumat verib.

Gevorqyanın sözlərinə görə, avqust ayında yarış qrafiki sıx olduğu üçün o, Türkiyədəki turnirdə iştiraka xüsusi can atmayıb.

Amma avqustun 7-də ona təşkilatçılardan dəvət gəlib, onlar yazıblar ki, həm yolpulunu, həm də qalmaq xərcini ödəyəcəklər.

Gevorqyan razılıq verəndən az sonra təşkilatçılardan biri - Mustafa Eroğlu dəvəti ləğv edib.

O Gevorqyana yazıb ki, Azərbaycan şahmatçıları ultimatum veriblər: erməni şahmatçı turnir qatılarsa, onlar iştirakdan imtina edəcəklər.

Eroğlu Gevorqyandan üzr istəyib və biletlərinin geri qaytarıldığını bildirib.

Gevorqyan Eroğlunun yazdığı məktubun şəklini də öz "Facebook" profilində paylaşıb.

BBC Azərbaycan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.