“Liverpul” “Arsenal”ı məğlub edib

25-08-2019, 00:47           
“Liverpul” “Arsenal”ı məğlub edib
Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

Trend xəbər verir ki, “Enfild” stadionunda “Liverpul” London təmsilçisi “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. “Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan “Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. “Arsenal” isə 6 xalla ikinci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.