“Fənərbaxça” “Başakşəhər”i məğlubiyyətə uğradıb

25-08-2019, 00:55           
“Fənərbaxça” “Başakşəhər”i məğlubiyyətə uğradıb
Türkiyə Super Liqasında II tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə üç matç baş tutub.

Turun mərkəzi oyununda İstanbul klubları qarşılaşıb. “Başakşəhər” evdə “Fənərbaxça”nı qəbul edib. Son vitse-çempion hesabı açsa da, “sarı-lacivərdlilər” fasilədən sonra vurulan iki qolla əzmkar qələbə qazanıb.

“Fənərbaxça” kimi “Alanyaspor”da startda ikinci qalibiyyətini alıb.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.

Türkiyə Super Liqası

II tur

24 avqust

“Ankaragücü” – “Kayserispor” – 1:1

Orgil, 59, Bulut, 90

“Alanyaspor” – “Kasimpaşa” – 4:1

Bakasetas, 29, Sisse, 54, Fernandes, 60, Bammou, 88 – Tiam, 33

“Başakşəhər” – “Fənərbaxça” – 1:2

Krivelli, 32 – Muriqi, 77, Dirar, 90

Turnir cədvəli: Fənərbaxça, Alanyaspor – 6 (2), Sivasspor, Yeni Malatyaspor, Dənizlispor, Antalyaspor, Rizəspor – 3 (1), Beşiktaş – 3 (2), Ankaragücü – 2 (2), Trabzonspor, Konyaspor– 1 (1), Kasımpaşa, Kayserispor – 1 (2), Gənclərbirliyi, Qalatasaray, Qaziantep – 0 (1), Başakşəhər, Göztəpə - 0 (2).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.