Bu gün "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi müəyyənləşəcək

30-08-2019, 01:54           
Bu gün "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi müəyyənləşəcək
Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olacaq. Püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək. Ümumilikdə 48 komanda 4 səbətdən çıxarılacaq. Ağdam komandası 3-cü səbətdə yer alacaq.

1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Portu" (Portuqaliya), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Bazel" (İsveçrə), "Sportinq" (Portuqaliya), MOİK (Moskva, Rusiya), "Volfsburq" (Almaniya), "Latsio" (İtaliya)

2-ci səbət: PSV (Hollandiya), "Krasnodar" (Rusiya), "Seltik" (Şotlandiya), "Kopenhagen" (Danimarka), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), "Borussiya" (Mönxenqladbax, Almaniya), "Yanq Boyz" (İsveçrə), "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), APOEL (Kipr), "Ayntraxt" (Frankfurt, Almaniya)

3-cü səbət: "Sent-Etyen" (Fransa), "Qarabağ" (AZƏRBAYCAN), "Feyenoord" (Hollandiya), "Xetafe" (İspaniya), "Espanyol" (İspaniya), "Malmö" (İsveç), "Partizan" (Serbiya), "Standard" (Lyej, Belçika), "Vulverhempton" (İngiltərə), "Renn" (Fransa), "Rusenborq" (Norveç), "İstanbul Başakşehir" (Türkiyə)

4-cü səbət: AZ (Alkmaar, Hollandiya), "Vitoriya" (Gimaraynş, Portuqaliya), "Trabzonspor" (Türkiyə), "Aleksandriya" (Ukrayna), "Düdelanj" (Lüksemburq), LASK (Avstriya), "Volfsberq" (Avstriya), "Slovan" (Bratislava, Slovakiya), "Luqano" (İsveçrə), "Reyncers" (Şotlandiya), ÇFR (Kluj, Rumıniya), "Ferentsvaroş" (Macarıstan)

Mərasim zamanı Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusunun adı da açıqlanacaq.

Qeyd edək ki, oyunlar 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.