"Qarabağ"ın rəqibi ilk dəfə xal itirib

31-08-2019, 07:28           
"Qarabağ"ın rəqibi ilk dəfə xal itirib
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının III turunda "Selta"nı qəbul edib.

"Report"un məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 81-ci dəqiqədə Ever Baneqanın ötürməsindən sonra meydan sahiblərinin yarımmüdafiəçisi Franko Vaskes vurub. 3 dəqiqə sonra isə "Selta"nın orta sahə oyunçusu Denis Suares bərabərliyi təmin edib.

Bununla da "Sevilya" cari mövsümdə ilk dəfə xal itirib. Xulen Lopeteginin baş məşqçi olduğu komanda əvvəlki turlarda "Qranada"ya 1:0, "Espanyol"a 2:0 hesabı ilə qalib gəlib. Hazırda əndəlüslülər 7 xalla turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, Avropa Liqasında A qrupunda yer alan "Qarabağ" "Sevilya" ilə sentyabrın 19-da evdə, noyabrın 28-də isə səfərdə görüşəcək. Bu qrupda Kipr APOEL-i və Lüksemburq "Düdelanj"ı da yer alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.