"Sevilya"nın baş məşqçisi: "Qarabağ" "Atletiko"nu büdrətmişdi"

31-08-2019, 01:29           
"Sevilya"nın baş məşqçisi: "Qarabağ" "Atletiko"nu büdrətmişdi"
İspaniya "Sevilya"sının baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib.

Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımmüdafiəçisi Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur".

Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.