"Qəbələ" darmadağın oldu, baş məşqçi istefa verdi -Video

31-08-2019, 21:58           
"Qəbələ" darmadağın oldu, baş məşqçi istefa verdi -Video
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.
“Yeni Sabah” xəbər verir ki, turun açılış oyununda “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Qonaqlar 0:4 hesablı darmadağına sevinib. “Keşlə”nin heyətində Lorenzo Frutos dubl edib. Digər qolları isə Slavik Alxasov və Tural Bayramlı vurub.

Oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, “Qəbələ” keçirdiyi hər 3 oyunda məğlub olub və qol vura bilməyib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.