"Barselona" "Osasuna" ilə bacarmayıb - VİDEO

1-09-2019, 09:15           
"Barselona" "Osasuna" ilə bacarmayıb - VİDEO
İspaniya Liqasında III tur davam edir.

APA-nın məlumatına görə, turun ikinci günündə 4 matç oynanılıb.

"Barselona" mövsümdə ikinci dəfə qələbə qazana bilməyib. Onlar "Osasuna" səfərindən heç-heçə ilə dönüblər. Kataloniyalılar hesabda geri düşdükdən sonra geridönüş etsələr də, sona 9 dəqiqə qalmış üstünlüyü əldən veriblər.

"Hetafe" də "Alaves"lə bərabərə qaldığı halda, "Levante" və "Betis" qələbə qazanıblar.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 1-də keçiriləcək.

İspaniya La Liqası
III tur
31 avqust

"Osasuna" - "Barselona" - 2:2
Torres, 7, 81 (p.) - Fati, 51, Artur, 64

"Levante" - "Valyadolid" - 2:0
Leon, 83, Morales, 90+3

"Hetafe" - "Alaves" - 1:1
Molina, 24 - Xoselu, 31

"Betis" - "Leqanes" - 2:1
Loren, 54, Fekir, 61 - Braitvayt, 50












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.