Futbolçu bir qola görə avtomobil qazandı - FOTO

1-09-2019, 17:01           
Futbolçu bir qola görə avtomobil qazandı - FOTO
Rusiya Premyer Liqasında çıxış edən "Axmat"ın futbolçusu Bernard Berişa avtomobillə mükafatlandırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun prezidenti Maqomed Daudov "İnstagram" səhifəsindən açıqlama verib.
O, bildirib ki, Rusiya Premyer Liqasının "Tambov"la oyunundan (1:1) sonra qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qola imza atan Berişa klubun əsas sponsoru, Çeçenistanın keçmiş Prezidenti Əhməd Kadırovun adını daşıyan fond tərəfindən avtomobillə mükafatlandırılıb.
Qeyd edək ki, Kosovo millisinin üzvü olan Berişa 2017-ci ildən "Axmat"ın şərəfini qoruyur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.