Beyl "Real"ın bombardirləri siyahısında Ronaldoya çatıb

2-09-2019, 07:14           
Beyl "Real"ın bombardirləri siyahısında Ronaldoya çatıb
Madridin "Real" klubunun hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda "Vilyarreal" ilə səfər matçında dublunu (2:2) rəsmiləşdirib.

“Report” xəbər verir ki, 30 yaşlı valliyalı üçün bu qollar "qaymaqlar"ın heyətində 103 və 104-cü olub.

Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və indi klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşür.

"Real" tarixində ən yaxşı legioner bombardirlər

1. Kriştianu Ronaldu — 450 qol

2. Alfredo Di Stefano — 308

3. Ferents Puşkaş — 241

4. Kərim Benzema — 224

5. Uqo Sançes — 208

6. Qonsalo İquain — 121

7. Ronaldo, Qaret Beyl — 104.

Beyl 2013-cü ildən "Real"ın şərəfini qoruyur. Onun komanda ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.