Liqa1-də üçhakimiyyətlilik yaranıb - VİDEO

2-09-2019, 02:20           
Liqa1-də üçhakimiyyətlilik yaranıb - VİDEO
Fransa Liqa1-də IV tur başa çatıb.

APA-nın məlumatına görə, son oyun günündə 4 matç keçirilib.

İlk üç turda qələbələri sıralayan “Renn” evdə “Nitsa”nı qəbul edib. Qonaqların qələbəsi ilə çempionatda üçhakimiyyətlilik yaranıb. Bu iki komanda və PSJ eyni xala malikdir.

Onlara çatmaq imkanı olan “Lill” də turu məğlubiyyətlə başa vurub. Ötən mövsümün mükafatçısı “Reyms”lə səfər görüşündə xalsız qalıb. Qələbə sonuncuları liderlər qrupuna yaxınlaşdırıb.

Fransa Liqa1
IV tur
1 sentyabr
“Renn” – “Nitsa” – 1:2
Loris, 25 (avtoqol) – Kiprian, 63 (pen.), Koli, 90
“Reyms” – “Lill” – 2:0
Dumbia, 73 (pen.), Oudin, 90
“Marsel” – “Sent-Etyenn” – 1:0
Benedetto, 33
“Strasburq” – “Monako” – 2:2
Lala, 39 (pen.), Tomasson, 84 – Slimani, 11, 40












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.