Türkiyə ABŞ-a məğlub oldu: Ərdoğandan dəstək gəldi

3-09-2019, 22:24           
Türkiyə ABŞ-a məğlub oldu: Ərdoğandan dəstək gəldi
Basketbol üzrə Türkiyə millisi dünya çempionatının ikinci matçında ABŞ-la qarşılaşıb.

"Ay-ulduzlular" rəqibinə əlavə hissələrdə məğlub olub.

Belə ki, qarşılaşmanın əsas hissəsi 81:81 hesabıyla başa çatıb. Əlavə hissələrdə isə ABŞ rəqibinə 93:92 hesabıyla qalib gəlib.

Qarşılaşmadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi Tvitter hesabında “Hesab önəmli deyil. Oynadığınız basketbol və meydanda göstərdiyiniz xarakter, yaşatdığınız qürur hissi bizə yetər. Türkiyə sizinlə! Növbəti matçlarda uğurlar!” paylaşımını edərək basketbol millisinə dəstək verib. \\Yeni Sabah












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.