AVRO-2020: Növbəti tur başlayır

5-09-2019, 00:00           
AVRO-2020: Növbəti tur başlayır
Bu gün AVRO-2020-nin seçmə mərhələsində V tura start veriləcək.

APA-nın məlumatına görə, ilk oyun günündə 9 oyun keçiriləcək.

Bu matçlar 4 qrupda baş tutacaq. D qrupunun lideri İrlandiya digər iddialı İsveçrə ilə görüşəcək. Danimarka isə autsayder Cəbəllütariqin qonağı olacaq.

F qrupunda üç oyun planlaşdırılıb. İlk 4 turda qələbələri sıralayan İspaniya izləyiciləri sırasında yer alan Rumıniyanın qonağı olacaq. Digər iddialılar İsveçlə Norveç autsayderləri sınağa çəkəcək. Sonuncular Maltanı qəbul edəcəksə, isveçlilər Farer adaları ilə görüşəcək.

G qrupunda bir qarşılaşma keçiriləcək. Final mərhələsinə vəsiqə arzusunda olan İsraillə Makedoniya üz-üzə gələcək. Sonuncular rəqibinə çatmağa, meydan sahibləri isə liderlə fərqi azaltmağa çalışacaq.

J qrupunun lideri İtaliya səfərdə Ermənistanla qarşılaşacaq. Finlandiya isə evdə Yunanıstanı qəbul edəcək. Autsayder Lixtenşteyni qonaq edəcək Bosniya və Herseqovina isə xal hesabını artırmaq niyyətindədir.

Qeyd edək ki, V turun digər oyunları sentyabrın 6-7-də keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
V tur
5 sentyabr

D qrupu
22:45. İrlandiya – İsveçrə
22:45. Cəbəllütariq – Danimarka












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.