Azərbaycanın futbol millisi Uelsə çatıb

5-09-2019, 08:04           
Azərbaycanın futbol millisi Uelsə çatıb
UEFA AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan millisi Kardiffə çatıb.

“Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv “Hilton Cardiff Hotel”də məskunlaşacaq.

Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya kollektivi ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.