Həbib - Porye döyüşü saat neçədə başlayır və hansı telekanalda yayımlanacaq?

7-09-2019, 18:05           
Həbib - Porye döyüşü saat neçədə başlayır və hansı telekanalda yayımlanacaq?
Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov ilə Poryenin döyüşünə maraq böyükdür.

Teref.az xəbər verir ki, Əbu-Dabidə baş tutacaq döyüş ərəfəsində Həbib çəkisini zəruri həddə çatdırıb.

Həbib ilə Poryenin döyüşü bu gün saat 22:00-da başlayacaq. Döyüşü Rusiyanın Boeç Tv və Türkiyənin S Sport kanallarında canlı yayımlanacaq.

Hələ ki, heç bir Azərbaycan TV-si döyüşü canlı yayımlayacağını açıqlamayıb.

Oyunun CBC Sport telekanalında yayımlanacağı iddia edilir. Ancaq telekanal bununla bağlı rəsmi səhifələrində açıqlama verməyib.

(azxıbır com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.