AVRO-2020: Türkiyə çətin, Fransa və İslandiya asan qələbə qazanıb

8-09-2019, 09:59           
AVRO-2020: Türkiyə çətin, Fransa və İslandiya asan qələbə qazanıb
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə 3 qrupda 7 qarşılaşma keçirilib. Görüşlərdən 6-da qapılara ən azı 3 qol vurulub.

UEFA Millətlər Liqasında Azərbaycanla birgə yer aldığı qrupu qalib kimi tamamlamış Kosovo Çexiya ilə ev matçında sensasiyaya imza atıb. Meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək, A qrupunda 2-ci pilləyə yüksəliblər.

Qrupun digər oyununda İngiltərə Londondakı "Uembli" stadionunda Bolqarıstanı darmadağın edib - 4:0. "Qarabağ"ın futbolçusu Simeon Slavçevin qonaqların heyətində sonadək ehtiyatda qaldığı matçda Harri Keyn ikisi penaltidən olmaqla üç qol vuraraq "het-trik" edib.

B qrupunda Ukrayna səfərdə Litvanı 3:0, Portuqaliya isə Serbiyanı 4:2 hesabı ilə yenib.

H qrupunda isə İslandiya Moldovanı 3:0, Fransa Albaniyanı 4:1 hesabı ilə məğlub etdiyi halda, Türkiyə yığması evdə Andorraya çətinliklə qalib gəlib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın da canlı izlədiyi qarşılaşmada yeganə qolu 89-cu dəqiqədə Ozan Tufan vurub.

AVRO-2020, seçmə mərhələ

V tur

A qrupu

17:00. Kosovo - Çexiya - 2:1

Qollar: Vedat Muriç, 20. Mergim Voyvoda, 67 - Patrik Şik, 16

20:00. İngiltərə - Bolqarıstan - 4:0

Qollar: Harri Keyn, 24; 50 (pen.); 73 (pen.). Rəhim Sterlinq, 55

Xal durumu: İngiltərə - 9 xal (3 oyuna), Kosovo – 8 (4), Çexiya - 6 (4), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (5).

B qrupu

20:00. Litva - Ukrayna - 0:3

Qollar: Aleksandr Zinçenko, 7. Marlos, 27. Ruslan Malinovski, 62

22:45. Serbiya - Portuqaliya - 2:4

Qollar: Nikola Milenkoviç, 68. Aleksandar Mitroviç, 85 - Uilyam Karvalyu, 42. Qonsalo Quedeş, 58. Kriştianu Ronaldu, 80. Bernardu Silva, 86

Qol:

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 5 (3), Lüksemburq – 4 (4), Serbiya - 4 (4), Litva – 1 (4)

H qrupu

20:00. İslandiya - Moldova - 3:0

Qollar: Kolbeyn Siqtorsson, 31. Birkir Byarnason, 55. Yon Dadi Bodvarsson, 77

22:45. Fransa - Albaniya - 4:1

Qollar: Kinqsli Koman, 8; 68. Olivye Jiru, 27. Jonatan İkone, 85 - Sokol Çikalleşi, 90 (pen.)

İstifadə olunmamış penalti: Antuan Qrizmann, 37

22:45. Türkiyə - Andorra - 1:0

Qol: Ozan Tufan, 89

Xal durumu: Fransa - 12 xal (5 oyuna), Türkiyə - 12 (5), İslandiya – 12 (5), Albaniya – 6 (5), Moldova – 3 (5), Andorra – 0 (5).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.