Voleybol üzrə Serbiya millisi Avropa çempionu olub

9-09-2019, 00:46           
Voleybol üzrə Serbiya millisi Avropa çempionu olub
Qadın voleybolçulardan ibarət Serbiya milli komandası Avropa Çempionatının qalibi olub.

"Report" xəbər verir ki, Ankarada təşkil olunan final oyununda Serbiya millisi Türkiyə yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Bürünc medal uğrunda görüşdə isə İtaliya millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.

Bunulada Serbiya milli komandası ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə qitənin ən güclüsü adını qazanıblar.

Azərbaycan millisi isə 1/8 finalda mübarizəni dayandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.