AVRO-2020: Daha 4 qrupda II dövrə başlayır

9-09-2019, 07:05           
AVRO-2020: Daha 4 qrupda II dövrə başlayır
Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

APA-nın məlumatına görə, VI tur çərçivəsində 10 qarşılaşma baş tutacaq.

Bu matçlarla daha 4 qrupda ikinci dövrəyə start veriləcək. C qrupunda liderlər Şimali İrlandiya və Almaniya görüşəcək. Hollandiya isə Estoniyanın qonağı olacaq.

Azərbaycan millisi yer aldığı E qrupunda Xorvatiyanı qəbul edəcək. Qrupun lideri Macarıstan isə evdə Slovakiya ilə görüşəcək.

G qrupunun liderləri Polşada üz-üzə gələcəklər. Meydan sahibləri Avstriyanı sınağa çəkəcək. Sloveniya ilə İsrail də əyani dueldə final mərhələsinə iddialarını təsdiqləməlidir. Autsayderlərin duelində isə Şimali Makedoniya və Latviya görüşəcək.

Belçika lideri olduğu J qrupunda Şotlandiyaya səfər edəcək. Rusiya evdə Qazaxıstanla qarşılaşacağı halda, Kipr San-Marinonu məğlub etməyə çalışacaq.

Qeyd edək ki, VI tur sentyabrın 10-da başa çatacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
9 sentyabr

C qrupu
22:45. Şimali İrlandiya – Almaniya
22:45. Estoniya – Hollandiya

E qrupu
20:00. Azərbaycan – Xorvatiya
22:45. Macarıstan – Slovakiya

G qrupu
22:45. Sloveniya – İsrail
22:45. Polşa – Avstriya
22:45. Latviya – Şimali Makedoniya

İ qrupu
22:45. Şotlandiya – Belçika
22:45. San-Marino – Kipr
22:45. Rusiya – Qazaxıstan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.