Abu Dabinin vəliəhd şahzadəsi Nurməhəmmədovla görüşüb

10-09-2019, 07:02           
Abu Dabinin vəliəhd şahzadəsi Nurməhəmmədovla görüşüb
Abu Dabinin şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov ilə Dastin Poirierə döyüşdəki qələbəsindən sonra görüşüb.

Trend-in məlumatına görə, şənbə günü Abu Dabidə Nurməhəmmədov Poirieri məğlub etdi və beləliklə yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) çempion titulunu müdafiə etdi.

Vəliəhd şahzadə bazar ertəsi günü twitter-də Həbib Nurməhəmmədov, atası və məşqçisi olan Abdulmanap və digər komanda üzvləri ilə birlikdə fotolarını yerləşdirib.

Məhəmməd bin Zayed uzun müddət BƏƏ-nin paytaxtında ilk olan UFC turnirindəki qələbəsi ilə Nurməhəmmədovu təbrik edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.