Hacı Əliyev lisenziyasız qaldı

20-09-2019, 13:08           
Hacı Əliyev lisenziyasız qaldı
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, H.Əliyevin rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub.

O, 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.

Mahir Əmiraslanov isə monqolustanlı rəqibi ilə bərabərə qalıb - 4:4. Üstünlüyə görə qələbə rəqibə verilib. Bununla da Mahir mundialı medalsız və olimpiya lisenziyasız tərk edib.

Ağahüseyn Mustafayev türkiyəli rəqibi Heydər Yavuzla qarşılaşmada qalib gəlib - 10:6. Lakin Ağahüseyn 1/8 finalda Bəhreyni təmsil edən 34 yaşlı dağıstanlı pəhləvan Adam Batırova məğlub olub.

74 kq-dakı təmsilçimiz Hacımurad Hacıyev hindistanlı Suşil Kumarla qarşılaşıb və 11:9 hesablı çətin qələbə qazanaraq mərhələni adlayıb. Hacıyev 1/16 finalda türkiyəli Soner Demritaşı da yolundan kənarlaşdıra bilib. O, 1/8-də özbəkistanlı Bekzad Abdurahmanovla güləşəcək.

Ən ağır çəkili güləşçimiz Cəmaləddin Məhəmmədov isə belaruslu rəqibinə qalib gəlib - 9:1.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.