Paytaxt klubları qalib gəlib, “Napoli” darmadağına imza atıb - FOTO

23-09-2019, 00:52           
Paytaxt klubları qalib gəlib, “Napoli” darmadağına imza atıb - FOTO
İtaliya A seriyasında IV tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə 6 oyun keçirilib.

İddialılardan “Napoli” “Leççe”ni darmadağın edibsə, “Roma” “Bolonya”nı minimal fərqlə məğlub edib. “Spal”ı sınağa çəkən “Sassuolo” üç xalı 3 cavabsız qolla qazanıb.

“Sampdoriya” mövsümdə ilk qələbəsini “Torino”yla matçda əldə edib. “Atalanta” “Fiorentina”yla ev matçında məğlubiyyətdən qaça bilib – 2:2. Günə “Latsio” ilə “Parma” arasında duellə yekun vurulub. Paytaxt təmsilçisi ev oyununda 3 xal əldə edib.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 24-26-da baş tutacaq.

İtaliya A seriyası
IV tur
22 sentyabr
“Sassuolo” - “Spal” – 3:0
Kaputo, 26, 45, Dunkan, 47
“Bolonya” – “Roma” – 1:2
Sansone, 54 (pen.) – Kolarov, 49, Dzeko, 90
“Sampdoriya” – “Torino” – 1:0
Qabbiadini, 56
“Leççe” – “Napoli” – 1:4
Mankosu, 61 (pen.) - Lorente, 28, 81, İnsinye, 40 (pen.), Ruis, 52
“Atalanta” – “Fiorentina” – 2:2
İliçiç, 84, Kastanye, 90 – Kyeza, 24, Riberi, 65
“Latsio” – “Parma” – 2:0
İmmobile, 8, Marusiç, 67












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.