Neymarın qolu PSJ-yə üç xal qazandırıb

23-09-2019, 08:17           
Neymarın qolu PSJ-yə üç xal qazandırıb
Fransa Liqa1-də V tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib.

“Anje” öz meydanında “Sent-Etyenn”i darmadağın edib. “Renn”lə “Lil”in duelində qalib müəyyənləşməyib.

Turun son qarşılaşmasında “Lion” PSJ-ni qonaq edib. Paris təmsilçisi Neymarın qolu ilə üç xal qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 24-25-də keçiriləcək.

Fransa Liqa1
V tur
22 sentyabr
“Renn” – “Lill” – 1:1
Hunou, 68 – İkone, 46
“Anje” – “Sent-Etyenn” – 4:1
Kapel, 48, Ninqa, 78, 84, 89 – Nordin, 34
“Lion” – PSJ – 0:1
Neymar, 87












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.