Putinin Türkiyə siyasətində çatlar - "Lokomotiv" Türkiyəyə gedəcək

27-11-2015, 14:54           

Moskva "Lokomotiv"i Türkiyədə təlim-məşq toplanışı keçirməkdən imtina etməyəcək.

Blubun prezidenti Olqa Smorodskaya bildirib ki, planlarını pozmayacaqlar və Türkiyəyə gedəcəklər.

"Baş verənlərə görə Türkiyə planımızdan imtina etməyəcəyik. Yanvar ayı üçün təlim-məşq toplanışı planımızı pozmaq fikrimiz yoхdur. Klub olaraq aylar əvvəl qərar vermişik və хərc çəkmişik".

Qeyd edək ki, son olaylardan sonra Rusiya idman naziri Vitali Mutko futbol klublarına müraciət edərək, təlim-məşq toplanışları üçün Türkiyəyə getməməyi tapşırıb./olke.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.