Ağacan Abıyev icra başçısına SƏSLƏNDİ: - "İdmanın adını batırmayın!"

9-10-2019, 17:09           
Ağacan Abıyev icra başçısına SƏSLƏNDİ: - "İdmanın adını batırmayın!"
Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rinqə çıxmasına etiraz edib.

Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, boks peşəkarlar adamların məşğul olduğu idman sahəsidir:

"Əgər Əhəd Abıyev rinqə çıxıbsa, bu, doğru hərəkət deyil. Boks peşəkarların məşğul olduğu idman növüdür. İdmanın adını batırmayın. Yoldaşlıq görüşü futbolda, valeybolda olar, boksda yoldaşlıq görüşü olmaz. Axı onlar boksçu deyil, rinqə çıxan adamı haradan tapırlar? Onlar çox nahaq yerə rinqə çıxırlar. İdmançı idmançı ilə yarışa çıxar. Kiminsə idman adından istifadə edib rinqə çıxması düzgün deyil. Boksdan savayı idmanın digər növlərində yarışlara çıxmaq mümkündür. Ancaq bu, boks idman növü üçün keçərli deyil. Ümumiyyətlə, həkim icazəsi olmadan rinqə çıxmaq doğru deyil. Həkimin də ixtiyarı yoxdur ki, belə yarışlara icazə versin".
Xatırladaq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dəfələrlə rəhbərlik etdiyi rayonda rinqə çıxaraq, boks bacarığını nümayiş etdirib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.