Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var

19-10-2019, 08:26           
Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var
İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi Fransanın “Pari Sen-Jermen” futbol komandasının hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.

“Report”un məlumatına görə, bu barədə “Metro FM 95.1” radiostansiyası məlumat yayıb.

Messi etiraf edib ki, Neymarın qayıtması bir sıra amillərə görə çətindir.

“Neymarı geri qaytarmaq çətindir. Əvvəlcə onun “Barselona”dan getməsini təsəvvür etmək çətin idi. İkincisi, onun necə getdiyini xatırlamaq lazımdır.İndi klubda onun geri qayıtmasını istəməyən insanlar var.

Ancaq idman baxımından Neymar dünyanın ən yaxşılarından biridir. Eyni zamanda, digər amillərində əhəmiyyətini başa düşürəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.