"Fiorentina"nın futbolçusu Frank Riberi 3 oyunluq diskvalifikasiya olunub

29-10-2019, 02:10           
"Fiorentina"nın futbolçusu Frank Riberi 3 oyunluq diskvalifikasiya olunub
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi 3 oyunluq diskvalifikasiya olunub.

"Report"un məlumatına görə, buna "Latsio"ya 1:2 hesabı ilə uduzduqları matçda fransalı yarımmüdafiəçinin yan xətt hakimini iki dəfə itələməsi səbəb olub.

36 yaşlı oyunçu 89-cu dəqiqədə Roma təmsilçisinin qələbə topunun qeydə alınmasından narazılığını belə formada bildirib. Bunadək isə o, 74-cü dəqiqədə əvəzlənməsinə etiraz edib.

Qeyd edək ki, Frank Riberi "Fiorentina"ya yay transfer dövründə Almaniya "Bavariya"sından azad agent qismində keçib. Onunla 2 illik müqavilə bağlanılıb. Bu mövsüm A Seriyasında 9 oyuna çıxan Riberi 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.