Kriştianu Ronaldo “Yuventus”u xal itkisindən xilas edib

31-10-2019, 07:33           
Kriştianu Ronaldo “Yuventus”u xal itkisindən xilas edib
İtaliya A seriyasında X tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə 7 matç keçirilib.

Günün mərkəzi oyunu Neapolda baş tutub. “Napoli” və “Atalanta”nın görüşündə 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Son çempion “Yuventus” “Cenoa” ilə qarşılaşmada xal itkisindən çətinliklə xilas olub. Turinlilər Kriştianu Ronaldonun qolu ilə qələbəni bayram edib.

Qeyd edək ki, tura oktyabrın 31-də keçiriləcək “Milan” – “Spal” oyunu ilə yekun vurulacaq.

İtaliya A seriyası
X tur
30 oktyabr
“Napoli” – “Atalanta” – 2:2
Maksimoviç, 16, Milik, 71 – Froyler, 41, İliçiç, 86
“Kalyari” – “Bolonya” – 3:2
Pedro, 48, 83, Simeone, 72 – Santander, 23 (pen.), Faraqo, 90+1 (avtoqol)
“Yuventus” – “Cenoa” – 2:1
Bonuççi, 36, Ronaldo, 90 (pen.) – Kouame, 40
“Latsio” – “Torino” – 4:0
Açerbi, 25, İmmobile, 33, 70 (pen.), Belotti, 90 (avtoqol)
“Sampdoriya” – “Leççe” – 1:1
Ramires, 90 - Lapadula, 8
“Sassuolo” - “Fiorentina” – 1:2
Boqa, 24 – Qastrovilli, 63, Milenkoviç, 81
“Udineze” – “Roma” – 0:4
Zaniolo, 13, Smollinq, 51, Klyuvert, 54, Kolarov, 65 (pen.)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.