“Vilyarreal” "Eybar"la, “Qranada” “Xetafe” ilə bacarmayıb

1-11-2019, 02:02           
“Vilyarreal” "Eybar"la, “Qranada” “Xetafe” ilə bacarmayıb
İspaniya La Liqasında XI tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə 3 matç baş tutub.

“Eybar” son dəqiqələrdə vurulan qolla “Vilyarreal”ı 2:1 hesabı ilə məğlub edib. “Malyorka” – “Osasuna” qarşılaşmasında hərəyə iki qol vuran rəqiblər bir xalla kifayətləniblər.
“Xetafe” isə startın sürpriz komandası “Qranada”nı qəbul edib. Meydan sahibləri bu görüşdən üç xalla ayrılıblar.

Qeyd edək ki, növbəti turun matçları noyabrın 2-4-də keçiriləcək.

İspaniya La Liqası
XI tur
31 oktyabr
“Malyorka” – “Osasuna” – 2:2
Laqo, 21, Sevilya, 75 (pen.) – Kardona, 69, Qarsia, 77
“Eybar” – “Vilyarreal” – 2:1
Kike, 62, Orelyana, 90 – Moreno, 88
“Xetafe” – “Qranada” – 3:1
Rodriges, 35, Arambarri, 41, Timor, 88 – Puertas, 74












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.