Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

1-11-2019, 08:13           
Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

Publika.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

7 turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya - 12 xal, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11 xal,5 xal. Sloveniya - 10 xal, 6 - 8. Ermənistan, Azərbaycan, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13 xal, 2. Gürcüstan - 11 xal, 3 - 5. Azərbaycan, Ukrayna, Ermənistan - 10 xal, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.