Messi 3 aylıq fasilədən sonra yenidən millidə

1-11-2019, 04:17           
Messi 3 aylıq fasilədən sonra yenidən millidə
Argentina millisinin heyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandanın kapitanı Lionel Messi də üç aylıq fasilədən sonra yığmaya dəvət alıb.

Cənubi Amerikanın Futbol Federasiyası “Barselona”nın hücumçusunu avqust ayında üç aylıq cəzalandırmışdı. Buna səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı onun Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi olub.

Qeyd edək ki. Argentina yığması noyabr ayında Braziliya və Uruqvayla yoldaşlıq oyunu keçirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.