“Barselona” uduzub, Madrid klubları heç-heçə edib

3-11-2019, 09:20           
“Barselona” uduzub, Madrid klubları heç-heçə edib
İspaniya La Liqasında XII tur başlayıb.

APA-nın məlumatına görə, ilk oyun günündə 4 matç baş tutub.

Çempionatın lideri “Barselona” “Levante” ilə qarşılaşmada hesabı açsa da, 8 dəqiqəyə buraxdığı üç qolla uduzub. Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” “Atletiko” ilə heç-heçə edib.

Sonuncular kimi digər Madrid klubu “Real” da “Betis”lə bərabərə qalıb. “Valensiya” isə səfərdə “Espanyol”a qalib gəlib.

Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.

İspaniya La Liqası
XII tur
2 noyabr
“Espanyol” – “Valensiya” – 1:2
Roça, 31 (pen.) – Parexo, 69 (pen.), Qomes, 80
“Levante” – “Barselona” – 3:1
Kampana, 61, Mayoral, 63, Redoya, 68 - Messi, 38 (pen.)
“Sevilya” – “Atletiko” – 1:1
Vazkes, 28 – Morata, 60
“Real” – “Betis” – 0:0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.