Daha bir futbol klubu dağıldı...

4-11-2019, 12:41           
Daha bir futbol klubu dağıldı...
Azərbaycanda daha bir futbol klubu dağılıb.
“Yeni Sabah” xəbər verir ki, Region Liqasında çıxış edən “Ağsu Siti” fəaliyyətini dayandırıb.

Bu barədə klubun rəsmi “Facebook” hesabı məlumat yayıb. Buna səbəb klubun maliyyə problemləri ilə üzləşməsidir. Klub bəyanatında “İmişli” ilə oyundan sonra Region Liqasından ayrılacağını qeyd edib. Səfərdə 2:7 hesabı ilə qalib gələn “Ağzu Siti” bank hesablarını paylaşaraq klubun fəaliyyəi üçün insanlardan kömək istəyib.

Qeyd edək ki, "Ağsu Siti" klubuna Rəmzi Eminli rəhbərlik edib. O, klubun maliyyə məsələlərini bir müddət öz üzərinə götürb. Maliyyə sıxıntısı ilə üzləşən klub rəsmiləri sponsor üçün bir sıra yerlərə müraciət etsə də, müsbət cavab almadığı üçün fəaliyyətini dayandırmaq qərarına gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.