"Olimpiada-2016"nın iştirakçısı 50 kq narkotikə görə azadlıqdan 8,5 il məhrum olunub

5-11-2019, 05:23           
"Olimpiada-2016"nın iştirakçısı 50 kq narkotikə görə azadlıqdan 8,5 il məhrum olunub
Holland yüngül atleti Madiya Qafur narkotik qaçaqmalçılığına görə məhkəmə tərəfindən 8,5 il müddətinə azadlıqdan məhrum edilib

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Atlet məhkəmədə narkotik vasitəni kimdən aldığını açıqlamaqdan imtina edib. Qafur bildirib ki, özünü günahkar hesab etmir və hökmdən şikayət etmək niyyətindədir.

Qeyd edək ki, atlet 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilmiş Olimpiya oyunlarında iştirak edib. O, Qətərdə (Doha) keçiriləcək 400 m-ə qaçış üzrə dünya çempionatında çıxış etməli idi.

Xatırladaq ki, Madiya Qafur iyunun 18-də na məxsus avtomobildə 50 kq metamfetamin və ekstazini aşkarlanması ilə əlaqədar həbs edilib. Narkotik vasitə 2 milyon avro qiymətləndirilir. Qafur narkotik vasitələri Almaniyadan Niderlanda aparmağa çalışarkən gömrük xidmətində saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.