Çempionlar Liqası: “Çelsi” oyunu xilas edib, “Borussiya” əzmkar qələbə qazanıb - FOTOSESSİYA - VİDEO

6-11-2019, 02:20           
Çempionlar Liqası: “Çelsi” oyunu xilas edib, “Borussiya” əzmkar qələbə qazanıb - FOTOSESSİYA - VİDEO
Bu gün Çempionlar Liqasında IV tura start verilib.

APA-nın məlumatına görə, turun ilk günündə E, F, G və H qruplarında 8 oyun baş tutub.

İlk 1/8 finalçı olmaq imkanını qaçıran “Napoli” “Zalsburq”la heç-heçə edib. E qrupunun digər matçında “Liverpul” “Genk”ə qalib gəlib.

Günün mərkəzi oyunu Dortmundda baş tutub. “Borussiya” iki top geri düşdüyü matçda “İnter” üzərində əzmkar qələbə qazanıb. “Barselona” isə “Slaviya” ilə heç-heçə etməklə günün sensasiyasının müəllifi olub.

G qrupunda “Leypsiq” “Zenit”ə, “Lion” isə “Benfika”ya qalib gəlib. Günün ən məhsuldar qarşılaşması Londonda keçirilib. “Çelsi” 3 top geri düşdüyü görüşdə “Ayaks”dan xal alıb. “Valensiya” isə “Lill”ə qalib gəlib.

Qeyd edək ki, IV tura bu gün yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
5 noyabr

E qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Genk” (Belçika) – 2:1
Viynaldum, 14, Oksleyd-Çamberlen, 53 – Samata, 41
00:00. “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya) – 1:1
Lozano, 44 – Holand, 11 (pen.)

F qrupu
21:55. “Barselona” (İspaniya) - “Slaviya” (Çexiya) – 0:0
00:00. “Borussiya” (D, Almaniya) - “İnter” (İtaliya) – 3:2
Hakimi, 51, 77, Brandt, 64 - Martines, 5, Vesino, 40

G qrupu
21:55. “Zenit” (Rusiya) - “Leypsiq” (Almaniya) – 0:2
Demme, 45, Sabitzer, 63
00:00. “Lion” (Fransa) – “Benfika” (Portuqaliya) – 3:1
Andersen, 4, Depay, 33, Traore, 89 – Seferoviç, 78

H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Ayaks” (Hollandiya) – 4:4
Jorjinyo, 5 (pen.), 74 (pen.), Aspilikueta, 63, Ceyms, 74 – Abraham, 2 (avtoqol), Promes, 20, Arisabalaqa, 35 (avtoqol), Van de Bek, 55
00:00. “Valensiya” (İspaniya) – “Lill” (Fransa) – 3:1
Parexo, 66 (pen.), Soumaro, 82 (avtoqol), Kondoqbia, 84 - Osimhen, 25

Saat. 00:37

Bu gün Çempionlar Liqasında II dövrə start götürüb.

APA-nın məlumatına görə, IV turun ilk 2 matçında ev sahibləri qələbə qazana bilməyiblər.

Günün gözlənilməz nəticəsi F qrupunda qeydə alınıb. "Barselona" gözlənilmədən evdə "Slaviya" ilə bacarmayıb. Qarşılaşma başladığı hesabla da yekunlaşıb.

G qrupunda isə liderlərin duelindən "Leypsiq" qalib ayrılıb. Almaniyalılar səfərdə "Zenit"in qapısından 2 cavabsız top keçirərək, birinci pillədəki yerlərini möhkəmlədiblər.

F qrupu
21:55. “Barselona” (İspaniya) - “Slaviya” (Çexiya) - 0:0

G qrupu
21:55. “Zenit” (Rusiya) - “Leypsiq” (Almaniya) - 0:2
Demme, 45+5, Sabitzer, 63












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.