Xorvatiyada hakim toyuğu öldürən futbolçuya qırmızı vərəqə göstərib

6-11-2019, 16:07           
Xorvatiyada hakim toyuğu öldürən futbolçuya qırmızı vərəqə göstərib
Xorvatiyanın həvəskar liqasında çıxış edən "NK Yelenqrad" komandasının futbolçusu İvan Qazdek qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

"Report" "24Sat"a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu matç zamanı meydanda olan toyuqları qovub. Bu vaxt Qazdek onlardan birini vuraraq öldürüb və toyuğu meydandan kənara atıb. Xorvatiyalı futbolçunun bu hərəkətlərindən sonra hakim ona qırmızı vərəqə göstərib.

Qazdek oyundan sonra məsələ ilə bağlı bunları söyləyib: "Toyuqlar daim meydana çıxırdılar. Ot örtüyü nəcislə dolu idi. Bunlar sağlamlıq üçün təhlükədir. Onları qovmaq üçün qaçdım, təpik atdım və təsadüfən birini öldürdüm. Hakim mənə tərəf qaçdı və qırmızı vərəqə göstərdi. Toyuğu bilərəkdən öldürmədim. Sahibinə məktub yazıb yeni bir toyuq göndərərək ondan üzr istədim".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.