"Nəticəyə görə təkcə üzülmədik, həm də utandıq" - Terim

7-11-2019, 11:19           
"Nəticəyə görə təkcə üzülmədik, həm də utandıq" - Terim
"Sözün düzü, oyunla və məğlubiyyətlə bağlı deyəcək bir sözüm var, o da təəssüf. Bu nəticəyə görə təkcə üzülmədik, həm də utandıq. İlk 10 dəqiqədə hesabda 0:3 geriyə düşmək çox çətindir. Məğlubiyyət ola bilər, amma bu gün mübarizə görmədim".
Teref.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Real" 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlin sonuna kimi 9 matçımız olacaq. Hər oyunçuya yanvar ayına qədər ehtiyacımız var. Təbii ki çox məyusuq, azarkeşlərimizə belə bir gün yaşatdığımız üçün də üzülürük. Onlara deyəcəyimiz bir söz yoxdur. İlk 10 dəqiqədə "Real" 3:0 hesabı ilə öndə olursa, yekun hesab belə azdır".

(qol.az)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.