Avropa Liqası: 5 komanda 1/16 finala vəsiqə qazanıb

8-11-2019, 03:22           
Avropa Liqası: 5 komanda 1/16 finala vəsiqə qazanıb
Bu gün Avropa Liqasında IV tur başa çatıb.

APA-nın məlumatına görə, 12 qrupda 23 qarşılaşma baş tutub.

Bu oyunlardan sonra 5 komanda 1/16 finala yüksəlib. Bunlar İspaniyanın “Sevilya” və “Espanyol” klubları, həmçinin İsveçrə “Bazel”i, Şotlandiyanın “Seltik”i, İngiltərə “Mançester Yunayted”idir.

Azərbaycan çempionu “Qarabağ” Kiprdə APOEL-ə uduzaraq A qrupunda 2-ci yeri əldən verib. “Sevilya” 4-cü qələbə ilə qrupda 1-ci yeri təmin edib.

Qonşu Türkiyə klublarından “Beşiktaş”la “Trabzonspor” yenə uduzubsa, “Başakşəhər” ardıcıl ikinci qələbə ilə qrup liderinə çevrilib.

Qeyd edək ki, V turun oyunları noyabrın 28-də keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, 7 noyabr

A qrupu
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 2:1
Souza, 59, İoannou, 88 – Medvedev, 10
21:55. “Düdelanj” (Lüksemburq) – “Sevilya” (İspaniya) – 2:5
Sinani, 69, 80 – Dabbur, 18, 36, El Haddadi, 27, 33, 67

B qrupu
21:55. “Kopenhagen” (Danimarka) - “Dinamo” (K, Ukrayna) – 1:1
Steyc, 4 – Siqankov, 15 (pen.)
21:55. “Luqano” (İsveçrə) - “Malmö” (İsveç) – 0:0

C qrupu
21:55. “Bazel” (İsveçrə) – “Xetafe” (İspaniya) – 2:1
Artur, 8, Frey, 60 – Mata, 45 (pen.)
21:55. “Krasnodar” (Rusiya) – “Trabzonspor” (Türkiyə) – 3:1
Asan, 27 (avtoqol), Fernandes, 34, İqnatyev, 90 – Nvakaeme, 90

D qrupu
21:55. LASK (Avstriya) – PSV (Hollandiya) – 4:1
Ranftl, 56, Freser, 60, Klaus, 77, 82 – Şvaab, 5 (pen.)
21:55. “Rusenborq” (Norveç) – “Sportinq” (Portuqaliya) – 0:2
Koates, 16, Fernandes, 38


E qrupu
21:55. ÇFR (Rumıniya) – “Renn” (Fransa) – 1:0
Rondon, 87
21:55. “Latsio” (İtaliya) - “Seltik” (Şotlandiya) – 1:2
İmmobile, 7 – Forrest, 38, Ntçam, 90

F qrupu
21:55. “Standard” (Belçika) – “Ayntraxt” (Almaniya) – 2:1
Vanhuysde, 56, Lastien, 90 – Kostiç, 65

G qrupu
00:00. “Reyncers” (Şotlandiya) – “Porto” (Portuqaliya) – 2:0
Morelos, 69, Devis, 73
00:00. “Feyenoord” (Hollandiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1
Berqhuys, 18 – Spilman, 71

H qrupu
00:00. “Espanyol” (İspaniya) – “Ludoqorets” (Bolqarıstan) – 6:0
Melendo, 4, Lopes, 19, Varqas, 36 (pen.), Kampuzano, 52, Pedrosa,73, Ferreyra, 76
00:00. “Ferensvaroş” (Macarıstan) – MOİK (Rusiya) – 0:0

İ qrupu
00:00. “Volfsburq” (Almaniya) - “Gent” (Belçika) – 1:3
Viktor, 20 – Yaremçuk, 50, Depoltre, 66, Nqadju, 76
00:00. “Aleksandriya” (Ukrayna) – “Sent-Etyenn” (Fransa) – 2:2
Bezborodko, 84, Zaderaka, 90 – Xazri, 24 (pen.), Kamara, 72

J qrupu
00:00. “Borussiya” (M, Almaniya) – “Roma” (İtaliya) – 2:1
Fazio, 35 (avtoqol), Türam, 90 – Fazio, 64
00:00. “Volfsberq” (Avstriya) – “Başakşəhər” (Türkiyə) – 0:3
Viska, 76 (pen.), Kriveli, 84, 87

K qrupu
00:00. “Vulverhempton” (İngiltərə) – “Slovan” (Slovakiya) – 1:0
Ximenes, 90
00:00. “Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 3:1
Paulinyo, 15, 37, Eduardo, 81 – Boyd, 29

L qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Partizan” (Serbiya) – 3:0
Qrinvud, 22, Marsial, 33, Reşford, 49
21:55. “Astana” (Qazaxıstan) – “Alkmaar” (Hollandiya) – 0:5
Boadu, 29, 77, Midsjoe, 52, İdrissi, 57, Hatzidiakos, 76












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.