Ramil Şeydayevin yeni baş məşqçisi məlum oldu

9-11-2019, 00:00           
Ramil Şeydayevin yeni baş məşqçisi məlum oldu
Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiya "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.
"Yeni Sabah" klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kirill Novikov təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz K.Novikov yerinə yetirirdi. Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.