Mbappe “Pari Sen Jermen”lə müqaviləni yeniləmək istəmir

9-11-2019, 08:46           
Mbappe “Pari Sen Jermen”lə müqaviləni yeniləmək istəmir
Fransanın “Pari Sen Jermen” komandası futbolçusu Kilian Mbappe ilə müqaviləni yeniləməyə çalışarkən ciddi problemlərlə üzləşəcək.

“Report” xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, 20 yaşlı futbolçu üçün klubla yeni müqavilə imzalamaq prioritet deyil. Bununla belə Paris klubu Mbappeyə Neymarın maaşına bənzər vəsait də təklif edə bilmir. Belə ki, braziliyalı futbolçu ildə 33 milyon dollardan çox maaş alır.

İlk dəfə Kilian Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün 1/8 finalında İngiltərənin “Mançester Yunayted” komandasına məğlub olduqdan sonra komandadan ayrılmaq istədiyini açıqlamışdı.

Qeyd edək ki, Kilian Mbappenin “Pari Sen Jermen” komandası ilə müqaviləsinin müddəti gələn il bitir. Son 15 oyun ərzində 11 qol vuran futbolçu 4 məhsuldar ötürmə edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.