“Lester” “Arsenal”ı məğlub edib

10-11-2019, 10:48           
“Lester” “Arsenal”ı məğlub edib
İngiltərə Premyer Liqasında XII tur davam edir.

APA-nın məlumatına görə, turun ikinci günündə 6 oyun keçirilib.

“Çelsi” “Kristal Pelas” üzərində qələbə 2:0 hesablı qələbə qazanıb. “Şeffild Yunayted”lə qarşılaşan “Tottenhem” yenə xal itirib.

Günün mərkəzi qarşılaşmasında “Arsenal”la “Lester” görüşüb. Sonuncular iki qol vuraraq ev qələbəsinə seviniblər.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XII tur
9 noyabr
“Çelsi” - “Kristal Pelas” – 2:0
Abraham, 52, Pulişiç, 79
“Bernli” – “Vest Hem” – 3:0
Barnes, 11, Vud, 44, Roberto, 54 (avtoqol)
“Nyukasl” – “Bornmut” – 2:1
Yedlin, 42, Klark, 52 - Uilson, 14
“Sauthempton” – “Everton” – 1:2
İnqs, 50 – Devis, 4, Riçarilson, 71
“Tottenhem” – “Şeffild Yunayted” – 1:1
Son, 58 – Baldok, 78
“Lester” – “Arsenal” – 2:0
Vardı, 68, Maddison, 75












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.