Ronaldo "mavi"-lik iddialarına cavab verdi

13-12-2015, 11:14           
Ronaldo "mavi"-lik iddialarına cavab verdi
“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo haqqında çıxan homoseksual iddialarını birmənalı olaraq təkzib edib.

Axar.az-ın məlumatına görə, dünya şöhrətli futbolçu bildirib ki, homoseksual olsaydı, bunu deməkdən çəkinməzdi:

“Haqqımda yayılan xəbərləri oxuyuram. Xeyr, homoseksual deyiləm. Olsam, bunu gizlətməzdim. Liqanın ilk həftələrində şəxsi həyatımda problemli dövrdən keçdiyimə görə adaptasiya çətinliyi yaşadım. Bu çətinlik artıq geridə qalıb, bütün pərəstişkarlarımdan üzr istəyirəm”.

Xatırladaq ki, bir müddət əvvəl Ronaldonun ərəb əsilli futbolçu Badr Hari ilə münasibətdə olması haqda xəbərlər yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.