Kiprin futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb

18-01-2020, 08:35           
Kiprin futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb
Kiprin futbol çempionatının oyunu yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, matçın 33 yaşlı hakimi Andreas Konstantinin avtomobili minalanıb. Hüquq-mühafizə orqanlarının xəbərlərində bildirilir ki, sui-qəsd cəhdi hakimin evinin yaxınlığındakı dayanacaqda olub. Partlayışdan sonra avtomobilə ciddi zərər dəyib. Hakim özü zərər çəkməyib.

Qeyd edilir ki, Andreas Konstantinə sui-qəsd cəhdi Kipr futbolunda korrupsiya və hakimlərin ələ alınması ilə bağlı yaranmış vəziyyətə reaksiya ola bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.