"Real" liderliyə yüksəlib, "Atletiko" məğlub olub

19-01-2020, 09:04           
"Real" liderliyə yüksəlib, "Atletiko" məğlub olub
İspaniya La Liqasında XX turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 görüş baş tutub.

Turun mərkəzi qarşılaşması Madriddə keçirilib. Liderliyi bölüşən "Real" ən yaxın izləyicilərindən olan "Sevilya" üzərində minimalhesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "kral klubu" ən azı bir günlük də olsa, liderliyə yüksəlib.

Çempionluğa iddia edən Madridin digər klubu "Atletiko" isə səfərdə "Eybar"a uduzub.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

İspaniya La Liqası
XX tur
18 yanvar
"Levante" - "Alaves" - 0:1
Vidal, 64
"Real" - "Sevilya" - 2:1
Kasemiro, 57, 69 - Luk de Yonq, 64
"Osasuna" - "Valyadolid" - 0:0
"Eybar" - "Atletiko" - 2:0
Burqos, 10; Eksposito, 90












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.