“Beşiktaş” da “Sivasspor”la bacarmayıb

20-01-2020, 00:00           
Türkiyə Super Liqasında XXVIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Son çempion “Qalatasaray” doğma azarkeşlər önündə “Dənizlispor”u məğlub edib. Çempionatın lideri “Sivasspor” “Beşiktaş”la səfər qarşılaşmasından üç xalla ayrılıb.

“Trabzonspor” 6 cavabsız qolla “Kasımpaşa”nı darmadağın edib. “Antalyaspor”un qonağı olan “Göztəpə” də böyük hesabla qalib gəlib.

Qeyd edək ki, tura yanvarın 20-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XVIII tur
19 yanvar
“Antalyaspor” – “Göztəpə” – 0:3
Akbunar, 16, Gurlər, 36, Aydoğdu, 45
“Qalatasaray” – “Dənizlispor” – 2:1
Akbaba, 26, Falkao, 57 – Özkal, 64
“Trabzonspor” – “Kasımpaşa” – 6:0
Sosa, 25, Sorlot, 27, 55, 88, Nvakaeme, 29, 83
“Beşiktaş” – “Sivasspor” – 1:2
Lyayiç, 33 – Yeşilyurt, 7, Yatabare, 45












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.