"Bavariya" və "Bayer" darmadağınla qələbə qazanıb

20-01-2020, 00:02           
"Bavariya" və "Bayer" darmadağınla qələbə qazanıb
Almaniya Bundesliqasında XVIII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 2 qarşılaşma baş tutub.

Hər iki matç məhsuldar alınıb. “Bavariya” səfərdə “Herta”nın müqavimətini 60-cı dəqiqədə qırsa da, 4 cavabsız qolla darmadağına sevinib.

“Bayer” isə autsayderin qonağı olub. Leverkuzenlilər “Paderborn”u məğlubiyyətə uğradıblar.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 24-26-da keçiriləcək.

Almaniya Bundesliqası
XVIII tur
19 yanvar
“Herta” – “Bavariya” – 0:4
Müller, 60, Levandovski, 73 (pen.), Tyaqo, 76, Perişiç, 84
“Paderborn” – “Bayer” – 1:4
Srbeni, 61 – Volland, 11, 14, Baumqartinqer, 36, Haverts, 75












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.