"Neftçi" Kiyev "Dinamo"su ilə yoxlama oyunu keçirəcək

20-01-2020, 10:27           
"Neftçi" Kiyev "Dinamo"su ilə yoxlama oyunu keçirəcək
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

"Report"un məlumatına görə, bu gün ölkə təmsilçilərindən "Neftçi" klubu yoxlama matçında qüvvəsini sınayacaq.

"Ağ-qaralar" bu dəfə Kiyev "Dinamo"su ilə üz-üzə gələcək. Baş məşqçi Roberto Bordinlə yollarını ayıran "Neftçi" klubunu Ukrayna təmsilçisi ilə görüşə Füzuli Məmmədov çıxaracaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Azərbaycan klubu son yoxlama görüşünü yanvarın 24-də Ukraynanın digər təmsilçisi "Desna"ya qarşı keçirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.