Türkiyədə futbolçular qəzaya düşdü - 6 yaralı 20-01-2020, 19:31 Türkiyənin “Sivasspor” futbol klubunun futbolçuları avtobus qəzasına düşüb.Türkiyə KİV-lərinin xəbərinə görə, avtovobus Kayseri-Sivas yolunda yoldan çıxaraq, dərəyə aşıb. Qəzaya səbəb güclü qarın yağması olub.Qəzada 6 futbolçu yaralanıb. Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıblar. Hazırda vəziyyətləri stabildir. Facebook-da paylaş