Riçard Almeyda yeni klubunda debüt etdi

24-01-2020, 09:16           
Riçard Almeyda yeni klubunda debüt etdi
Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun futbolçusu Riçard Almeyda yeni komandasında debüt edib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü ölkə çempionatının yüksək dəstəsinin 13-cü turunda "Əl-Nəsr"lə səfər görüşündə meydana çıxıb.

Matça start heyətində başlayan 31 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Oyun isə Almeydanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 14-ə yüksəldən "Baniyas" klubu turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.